“Tarixə ekskursiya” həyata keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə “Naxçıvan Muxtar Respublikası-95” devizi altında ali və orta ixtisas təhsili müəssisələrində Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələrin iştirakı ilə “Tarixə ekskursiya” adlı layihə həyata keçirilib. 30 tələbənin iştirak etdiyi layihə Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələrin Naxçıvanın tarixinə və dahi şəxsiyyətlərinə aid eksponatların əks olunduğu muzeylərlə daha yaxından tanışlığının təmin edilməsidir. Bundan başqa, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi, tariximizin təbliği, gənclərin intellektual səviyyələrinin, dünyagörüşünün yüksəldilməsi, onlarda intellektual oyunlara marağın artırılmasıdır.

Gənclər Naxçıvan şəhərində yerləşən muzey və abidə-komplekslərinə baş çəkib, nümayiş olunan eksponatlarla tanış olublar. Ekskursiyalar yekunlaşdıqdan sonra iştirakçılar arasında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində gəzinti təşkil olunan muzeylərlə bağlı hazırlanmış suallar əsasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib. Oyunun sonunda daha çox suala düzgün cavab verən “Naxçıvan” Universitetinin “Aran” komandası I yerə, Naxçıvan Müəllimlər İnstitutunun “Buta” komandası II yerə, Naxçıvan Dövlət Universitetinin “Qarabağ” komandası III yerə çıxıb.

Qaliblərə və digər iştirakçılara Gənclər və İdman Nazirliyi tərəfindən diplom, fəxri fərman və hədiyyələr təqdim olunub. Ekskursiya iştirakçıları üçün nahar  və çay süfrəsi təşkil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: