Babək rayonunun tikinti obyektlərində yoxlama nəzarət aparılır - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Babək rayon ərazisində tikinti işləri aparılan obyektlərdə “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun yoxlama nəzarət funksiyaları davam etdirilir. Tikinti quraşdırma işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun aparılması, təsdiq edilmiş işçi layihələrinə əsasən yoxlanılıb, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün obyektin məsul şəxslərinə müvafiq göstəriş və tövsiyələr verilib. Tikintidə istifadə olunan tikinti materiallarının laboratoriyada sınağının aparılması ilə yanaşı obyektlərdə səyyar üsulla layihə üzrə beton və yükdaşıyıcı dəmir beton konstruksiyaların naturada möhkəmlik göstəricisi “Şmidt” çəkici ilə təyin edilib. Hazırda bu istiqamətdə işlər davam edir.