Həkəri çayında batan şəxsin meyiti tapılıb

A- A A+

İyulun 4-də Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən suda tapılıb.

Bu barədə NUHÇIXAN-a FHN-in mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: