Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

A- A A+

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Telman Hüseynov saxlanılıb.

DİN-in Mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 140 ədəd narkotik tərkibli kol, evindən isə narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: