2026-cı ilin əvvəlinə Azərbaycanda internat müəssisələrində valideyn himayəsindən məhrum olmuş uşaqların sayı 1468 nəfər təşkil edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2025-ci ilin əvvəli ilə müqayisədə 16 nəfər azalıb. 2025-ci ilin əvvəlində internat müəssisələrində valideyn himayəsindən məhrum olmuş uşaqların sayı 1484 nəfər olub.
2026-cı ilin əvvəlinə körpələr və uşaq evlərində 844, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi tipli xüsusi ümumtəhsil məktəblərində 54, əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələrində 175, ümumi təyinatlı və inteqrasiya təlimli internat tipli ümumi təhsil müəssisələrində isə 395 uşaq qeydə alınıb. Həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat tipli ümumi təhsil müəssisələrində 395 uşaq olub.
