Tələbələr üçün ekskursiya təşkil olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələr üçün ekskursiyalar təşkil edilib.
Ekskursiyada Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin tələbələri iştirak ediblər.
Tələbələr əvvəlcə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində nümayiş etdirilən eksponatlarla, sonra isə XVI-XVII əsrlərə aid Qazançı körpüsü ilə tanış olublar.
Körpünün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığıyla bərpa olunduğu diqqətə çatdırılıb.
Ekskursiya zamanı gəncləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.