Evdə hazırlanan konservləşdirilmiş qida məhsulları satan şəxslərdən sertifikat tələb olunacaq.
NUHÇIXAN xəbər verir ki, yeni yanaşma xüsusilə bazarlarda ev üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara, mürəbbələrə və digərlərinə aid ediləcək.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, yeni mexanizm çərçivəsində ilk növbədə, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan və bazara çıxarıla bilən qida məhsullarının dairəsi dəqiqləşdiriləcək. Həmin məhsulların hazırlanması, saxlanılması, daşınması və istehlakçılara təqdim olunması zamanı qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tələblər müəyyənləşdiriləcək.
Tənzimləmənin əsas məqsədi ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının qanuni şəkildə bazara çıxarılmasına imkan yaratmaqla yanaşı, bu məhsulların istehlakçılar üçün təhlükəsizliyini təmin etmək və qida təhlükəsizliyi sahəsində vahid yanaşma formalaşdırmaqdır.
