Naxçıvan şəhərində yaşayış binasında yanğın olub

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən NUHÇIXAN-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 54 m² olan mənzilin 6 m² sahəni əhatə edən mətbəxinin bir hissəsi yanıb, mənzilin böyük hissəsi yanğından mühafizə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: