Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” adlı kitabın müzakirəsi keçirilib. Müzakirədə qeyd edilib ki, kitaba salınan Ordubad Milli Parkı, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Dövlət Təbiət Yasaqlığı, “Arazboyu Dövlət Təbiət Yasaqlığı və Arpaçay Dövlət Təbiət Yasaqlığında muxtar respublikanın zəngin flora və faunası qorunur. Kitab bu ərazilər haqqında ətraflı məlumatlarla zənginləşdirilib. Bu təkcə yerli elm adamları və tədqiqatçılar üçün deyil, həm də bu yerlərdəki turizm potensialından istifadə edən əcnəbi qonaqlar üçün də dəyərli mənbədir.
Tədbirin sonunda tədbir iştirakçıları kitab haqqında öz fikirlərini bildiriblər.