Uzunömürlü ailənin yubileyi qeyd edilib

A- A A+


Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindın NUHÇIXAN-a verilən xəbərə görə, Komitənin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ordubad Rayon İcra  Hakimiyyətinin əməkdaşları  Ordubad rayonunun Bist kəndində yaşayan uzunömürlü Tahirovlar ailəsinə baş çəkiblər.

Bu il ailənin təməlinin qoyulmasının 70 ili tamam olur. Ailə başçısı, hazırda təqaüdçü olan Mahmud müəllim  həyatının 55 ilə yaxın dövrünü gənc nəslin yetişməsinə həsr edib. Tahirovların  7 övladı, 15 nəvəsi və 10 nəticəsi var.  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Ordubad Rayon

İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov ailəni evliliklərinin 70 illiyi münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.

Qeyd edilib ki,  muxtar respublikasında dövlət ailə siyasəti uğurla həyata keçirilir. Ailələrin daha da möhkəmləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin olunması, sağlamlıqlarının qorunması istiqamətində mühüm tədbirlər görülür. Hazırda muxtar respublikada 50, 60, 65, 70 ili tamam olan ailələrin sayı çoxdur. Belə uzunömürlü və nümunəvi ailələrin yubileylərinin geniş şəkildə qeyd edilməsi muxtar respublikada ailələrimizə, o cümlədən insanlarımıza göstərilən səmimiyyət, diqqət və qayğının ifadəsi olmaqla yanaşı, həm də gənc ailələr üçün  gözəl nümunədir. 

Sonda ailəyə hədiyyələr və gül buketi təqdim olunub. Ailə başçısı Mahmud Tahirov və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: