NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan monitorinqlər bu dəfə Culfa rayonu ərazisində keçirilib.
Rayonun Qızılca, Xoşgeşin, Göydərə, Kırna və Əlincə kəndlərində ətraf mühitin monitorinqi və qiymətləndirilməsi aparılıb. Yoxlama zamanı həmin kəndlərdəki poliqonlarda məişət tullantılarının basdırılmaması qeydə alınıb və tullantıların zərərsizləşdirilməsi və torpaqda basdırılması tövsiyyə olunub. Eyni zamanda təsərrüfat və içməli sulardan analizlər götürülüb. Suların tərkibindəki hidrogenin və həll olunan oksigenin miqdarı, elektrik keçiriciliyi və digər parametrlər nəzərdən keçirilib.
Ekoloji monitorinq zamanı rayonda yaşıllıqlara qulluğun vəziyyəti ilə bağlı da müşahidələr aparılıb.
Qeyd edək ki, bundan əvvəl ekoloji monitorinq Şahbuz rayonunda təşkil olunub.
Oruc Məmmədyarov