Vergilər Nazirliyinin əməkdaşları tələbələrlə görüşüblər

A- A A+

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Dövlət Universitetində hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Vergilər naziri Azər Nağıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarında əksini tapan vəzifələrin icrası istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Nazir rəqəmsal texnologiyalara, elektron biznesə, proqram təminati kimi innovativ sahələrə əsaslanan startap layihələrinə tətbiq edilən  vergi güzəştləri haqqında məlumat verib. 2019-cu ildən tətbiq edilən ən mühüm vergi güzəştlərindən biri də məhz mikro və ya kiçik sahibkarlıq subyektlərinə təqdim olunmuş startap layihələrinin 3 il müddətinə mənfəət və gəlir vergilərindən azad edilməsidir. Startap layihələrinə vergi güzəştlərinin tətbiqi ölkədə rəqəmsal texnologiyalara, elektron biznesə, proqram təminatı kimi innovativ sahələrə əsaslanan startap layihələrinə marağı artırmaqla yanaşı, bu cür layihələrin uğurla nəticələnməsi üçün əvəzsiz stimuldur.

Keçirilən tədbirlərdə məqsəd həm də qarşılıqlı fikir mübadiləsi aparmaqla, yeni innovativ fikirlərin, yeni layihələrin üzə çıxarılmasında və bu layihələrin gerçəkləşdirilməsində tələbələrə dəstək göstərmək və bununla bərabər müasir cəmiyyətimizə yeni biznes fikirləri aşılamaq yolu ilə muxtar respublikamızın inkişafına hərtərəfli dəstək göstərməkdən ibarətdir.

Çıxışlarda tələbələrə innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində məlumat verilib. Təqdim ediləcək layihələrdə əks olunması vacib kriteriyalar, bizneslə startap arasındakı fərqlər izah olunub.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Startap layihələrinin qəbulu üçün müraciət”  bölməsinin yaradıldığı deyilib.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, hamiliyə verilmiş tələbələrlə mütəmadi görüş və tədbirlərin geçiriləcəyi diqqətə çatdırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: