Azərbaycanda "Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı"nın və "İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın nəticələri nəzərə alınmaqla, geoloji kəşfiyyat işlərinin aparıldığı ərazilərin ümumi əhatə dairəsinin 15 000 km²-ə çatdırılması nəzərdə tutulur.
NUHÇIXAN xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, yeni faydalı qazıntı yataqlarının aşkar edilməsi, mövcud yataqların ehtiyatlarının dəqiqləşdirilməsi və sənaye üçün etibarlı xammal bazasının formalaşdırılması, geoloji kəşfiyyat və mineral resursların qiymətləndirilməsi üzrə beynəlxalq
hesabatlılıq standartlarının tətbiqi, Filizçay polimetal yatağı və Söyüdlü (Zod) qızıl yatağı daxil olmaqla, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, habelə ölkənin digər regionlarında yerləşən perspektivli yataqların istismara hazırlanması və filiz emalı
imkanlarının genişləndirilməsi, metal filizlərinin hasilatı və emalı üzrə layihələrə yerli və xarici investisiyaların cəlb edilməsi planlaşdırılır.
