Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır - FOTOLAR

A- A A+

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə metronun “20 Yanvar” stansiyasının yaxınlığında, Sumqayıt istiqamətində hərəkət edən ekspres marşrutların başlanğıc məntəqəsində dayanacaq pavilyonu quraşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən NUHÇIXAN-a bildirilib ki, pavilyonların quraşdırılması Moskva prospektində, “20 Yanvar” dairəsindən “Şamaxinka” adlanan əraziyə gedən yolda cib tipli dayanacaq məntəqəsində də həyata keçirilir. Ərazidə səki infrastrukturu təşkil edilməklə 4 pavilyon quraşdırılır.

Eyni zamanda, “Şamaxinka” adlanan ərazidə “20 Yanvar” metrostansiyası istiqamətində sərnişin axınının artımı nəzərə alınaraq mövcud 2 dayanacaq pavilyonunun yanında daha bir pavilyonun quraşdırılmasına başlanılıb.

Bununla da vətəndaşların rahatlığı üçün Moskva prospektində 6 yeni müasir dayanacaq təşkil edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: