Ağbulağın yaşıllıq sahələri artırılır

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birlikdə Ağbulaq Kənd Turizm-İstirahət bölgəsi ərazisindəki dağ yamaclarında 15 hektara yaxın sahədə toxumla bərpa işləri aparıb.

Əkində Ağbulaq kəndinin təbiətinə xas olan həmərsün, badamça, yemişan və yabanı alça toxumları əkilib.

 Rayonun idarə, müəssisə və təşkilatlarının, Şahbuz Dövlət Təbiət Qoruğunun 500-ə yaxın əməkdaşının iştirak etdiyi əkin işlərinə kənd sakinləri də qoşulub. Əkin zamanı sahələrə 500 kiloqrama yaxın toxum səpilib.

                    Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: