Kəngərli rayonunda baş verən yanğın nəticəsində 2900 ədəd ot bağlaması yanıb - FOTOLAR

A- A A+

Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində ot bağlamalarında yanğın baş verib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə Kəngərli Rayon və Naxçıvan şəhər Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən söndürülüb.

Hadisə nəticəsində 2900 ədəd ot bağlaması yanıb. Ərazidə yerləşən iki yardımçı tikili (tövlə) yanğından mühafizə olunub.

 

Tövlələrdə olan heyvanlar isə xilas edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: