Şərur Rayonunda planaalma işləri başa çatdırılıb

A- A A+

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şərur rayonunun bütün yaşayış məntəqələrində torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi başa çatdırılıb.

2018-ci ilin aprel ayından başlanılan planaalma işləri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən müasir geodeziya-ölçü avadanlıqlarından istifadə edilməklə yüksək dəqiqlik və keyfiyyətlə yerinə yetirilib.

Aparılmış planaalma işləri nəticəsində 34 mindən artıq daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları Komitənin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni yerquruluşu xəritələri hazırlanıb.

Rayonun bütün bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazırlanıb, kadastr xəritələrinin məlumatları ilə torpaq reyestrində saxlanılan məlumatların uyğunluğu yoxlanılıb və uçotu aparılıb.

Hazırda planaalma işləri başa çatan yaşayış məntəqələrinin ərazilərində mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə olunur, uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 

Qeyd edək ki, Şərur rayonunun 87 226 ha ərazisinin 42 052 hektarı dövlət, 30 954 hektarı bələdiyyə, 14 220 hektarı isə xüsusi mülkiyyətdə olan torpaq sahələridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: