Naxçıvanlı dələduzluqla bağlı saxlanılan idmançı Əmrah Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib.
NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, naxçıvanlı atlet Əmrah Nağıyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əmrah Nağıyev vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunur.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində o, saxlanılıb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.
