15 may- Beynəlxalq Ailə Günü qeyd olunub - FOTOLAR

216

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 15 may-Beynəlxalq Ailə Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət nazirlikləri və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında tədbir keçirilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış ediblər. Onlar ailələrə göstərilən dövlət qayğısı və bu istiqamətdə aparılan işlərdən danışıblar.

Tədbirdə iştirak edən bütün ailələrə, o cümlədən uzunömürlü, Azərbaycan Vətən müharibəsi əlili, gənc, hərbiçi, dövlət qulluqçusu, musiqiçi, müəllim, qaçqın və məcburi köçkün, sənətkar, ailə təsərrüfatı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və şəhid ailələrinə hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək ailələri 15 may Beynəlxalq ailə Günü münasibətilə təbrik edib, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VI muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi haqqında danışıblar. Bildirilib  ki, müsabiqəyə 71 inşa, 73 rəsm, 40 dekorativ iş olmaqla ümumilikdə 184 iş təqdim olunub, münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri seçilib.

Sonra orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında keçirilən “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VI muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi qalibləri mükafatlandırılıblar. 

Tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qrupunun, nümunəvi musiqiçi ailələrin üzvlərinin və Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçası fidanlarının ifalarında konsert proqramı təqdim edilib.

-

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: