Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
NUHÇIXAN xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Logan" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.
