Naxçıvanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunur - FOTOLAR

A- A A+

27 Sentyabr - Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında şəhidlərin xatirəsi anılır.

NUHÇIXAN-ın məlumatına görə,Muxtar Respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarında çalışanlar, ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edirlər.

Naxçıvan şəhərində və digər yaşayış məntəqələrində baş tutan ziyarətlər zamanı məzarların önünə gül dəstələri qoyulur, dualar oxunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu minnətdarlıqla anılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: