“Heydərbabaya salam” poemasının müzakirəsi olub

A- A A+

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, Əlyazmalar Fondu bölmənin Mərkəzi Elmi Kitabxanası ilə birlikdə Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının müzakirəsini keçirib.

Tədbirdə Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov “Heydərbabaya salam” poemasının Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı oxunması zəruri olan kitablar haqqındakı sərəncamda xüsusi yer tutduğunu qeyd edərək Məhəmmədhüseyn Şəhriyarın yaradıcılıq irsindən, ustad şairin ölməz əsərlərinin Azərbaycan və Yaxın Şərq ədəbiyyatındakı yeri və mövqeyindən bəhs edib.

Daha sonra bölmənin Mərkəzi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva və Əlyazmalar Fondunun kiçik elmi işçisi Kubra Vəliyeva mövzu ətrafında çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: