Əlincəqala şahbuzlu gənclərdə xoş təəssürat yaradıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvanı tanıyaq” devizi altında Şahbuz rayonundan bir qrup gəncin “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksinə ekskursiyası təşkil olunub.

Gənclər muzeydə nümayiş olunan və muxtar respublikada sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir eksponatlarla tanış olublar. Əlincə qalasının yaranma tarixi, yerləşmə relyefi və əhəmiyyəti barədə onlara məlumat verilib.

Muzeylə tanışlıqdan sonra gənclər qalanın zirvəsinə qalxıblar.

Tarixi abidəni gəzən gənclər fotoşəkillər çəkdirərək öz sosial şəbəkə hesablarında paylaşıblar.  

Əlincəqala bura ilk dəfə gələn gənclərdə xoş təəssürat yaradıb. Onlar təşkil olunan gəzintilər vasitəsilə  tarixi abidələr və muzeylər haqqında lazımi məlumatlara sahib olduqlarını vurğulayıblar. 

 Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: