Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-avqust aylarında 32 min 440 uşağa xidmətlər göstərilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, onlardan əlilliyi olan 1541 uşaq stasionar, 19 min 560 uşaq ambulator, digərləri icmaəsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Bu kateqoriyaya aid uşaqlar agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.
