Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev, institutun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev və Nigar Babayevanın həmmüəllifi olduqları “Molibden” adlı kitabın və Bayram Rzayevin “Dmitri İvanoviç Mendeleyev” monoqrafiyasının təqdimatı keçirilib.

Tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev hər iki kitab haqqında məlumat verib. Kimyəvi elementlərin dövri sistemi cədvəlinin yaradılmasının 150 illiyinə həsr olunan “Dmitri İvanoviç Mendeleyev” adlı monoqrafiyada dahi kimyaçı, dövri qanununun yaradıcısı Dmitri Mendeleyevin çoxistiqamətli yaradıcılığından bəhs olunur. “Molibden” adlı vəsait isə molibden və onun birləşmələri sahəsində çalışan elmi işçilər, kimyaçı texnoloqlar, magistrlər və ali məktəb tələbələri üçün faydalı elmi əsər olmaqla yanaşı, müəlliflər tərəfindən aparılan tədqiqatların nəticələrini özündə əks etdirib.

Həmçinin nəşrdə Naxçıvanda molibdenin filiz və təzahürlərinə aid geniş tədqiqatlar var.

Daha sonra Təbii Ehtiyatlar İnstitutunun alimləri əlaqədar mövzularda məruzələrlə çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: