“İdeyadan başlanğıca” devizi altında növbəti tədbir

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirib.

Komitənin sədri Əsgər Əsgərov tələbələrin hamiliyə götürülməsi və startap layihəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu cür yeniliklər yetişən gənc nəslin gələcək iş həyatı üçün önəmli bir körpü yaradır.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, layihələrin dəyərləndirilməsi üçün ekspert qrupu və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlər yaradılır. Tələbələr tərəfindən təqdim olunan layihələrin qəbulu və  təqdimatların keçirilməsi öhdəliyi bu mərkəzlər tərəfindən idarə olunacaq.

Qeyd edilən layihələrdə gənclərin intellektual və yaradıcı imkanlarının, ideyalarının reallaşdırılması üçün dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, onlara daha əlverişli şəraitin yaradılması, fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriləcəyi bildirilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Badəm Məmmədova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: