Nağdsız ödəyin, hədiyyə qazanın

A- A A+

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində bu ilin may ayının birinə qədər muxtar respublikanın Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında 1275 ədəd POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılıb.

Muxtar respublika ərazisində quraşdırılan POS-terminallar əsasən vətəndaşların daha çox üz tutduqları ticarət, iaşə, digər xidmət sahələrində quraşdırılıb. Nağdsız ödəniş infrastrukturunun tərkib hissələri olan bankomatların sayı mayın 1-nə qədər 111-ə, ödəniş kartlarının sayı muxtar respublika üzrə 270 min 606 ədədə çatdırılıb. Nağdsız ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 956 min 095 manat və ya 7,8 faiz, o cümlədən aprel ayı üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 574 min 556 manat və ya 19 faiz artıb.

Vergilər Nazirliyi nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsini əsas götürərək Naxçıvan şəhəri və  muxtar respublikanın rayonlarında “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlər keçirir. 2014-2018-ci illər ərzində ildə iki dəfə olmaqla ümumilikdə keçirilmiş 10 tirajda 2179 vətəndaşa 140 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.

Hədiyyə qazananların təyin olunması üçün bank orqanlarından nağdsız ödənişlər edən şəxslər barədə müvafiq məlumatlar alınır və aparılan araşdırma nəticəsində bir sıra amillər nəzərə alınmaqla hədiyyələrin seçilməsi meyarları  aşağıdakı kimi müəyyən edilir:

-1-ci meyar  üzrə: 400-manatdan 601-manatadək nağdsız əməliyyat aparan şəxslərə,

-2-ci meyar üzrə: 601-manatdan 801-manatadək nağdsız əməliyyat aparan şəxslərə,

-3-cü meyar üzrə: 801-manatdan çox nağdsız əməliyyat aparan şəxslərə hədiyyələr təqdim olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: