Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, nazirliyin tabeliyində olan müəssisələrin tibbi statistləri üçün keçirilən kurs başa çatıb. 18 günlük kursda 18 tibbi statist iştirak edib.
Kurs müddətində bir sıra məsələlər diqqət mərkəzində saxlanılıb. Naxçıvan Tibb Kollecində keçirilən kurs Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi statistika və informatika sektorunun aparıcı məsləhətçisi Xavər Babayeva tərəfindən aparılıb. Kursda müdavimlərin əsas statistik üsullardan istifadə etməklə, müalicə və profilaktika işinin keyfiyyət göstəricilərini, dispanserləşdirmənin göstəricilərini əldə etmək və qiymətləndirmək bacarıqlarının yüksəldilməsi başlıca məqsəd daşıyıb.
Sonda müdavimlərə sertifikatlar təqdim olunub.