NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 may tarixli Qərarına əsasən “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları” təsdiq edilib.
Qərara görə müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas musiqi təhsili müəssisəsi üçün ali, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.