Beynəlxalq Muzeylər Günü qeyd edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki,  18 May “Beynəlxalq Muzeylər Günü” münasibətilə Naxçıvan Dövlət Tarix Muzeyində tədbir keçirilib.

Muzeyin direktoru Nizami Rəhimov muzeylərin tarixi-mədəni əhəmiyyətinə toxunaraq mədəni irsi qorunmasında,  tədqiq və təbliğində  tutduğu yerdən danışıb.

Muxtar respublikada muzeylərin fəaliyyətinin canlandırılması və yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür. Bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur, tarixin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapır.

Heydər Əliyev muzeyinin direktoru Ramil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat muzeyinin direktoru Aləmzər İbrahimova, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Məmməd Əliyev, Bəhruz Kəngərli muzeyinin direktoru Səbinə Əlincəli və Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının tələbəsi Ziynət Məmmədova 18 May “Beynəlxalq Muzeylər Günü” ilə bağlı öz fikirlərini bildiriblər.

Tədbir ulu öndər Heydər Əliyevə həsr olunan şeirlərin bədii qiraəti və maraqlı kompozisiya ilə başa çatıb.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyasında nümayiş etdirilən “Naxçıvan muzeyləri muxtariyyət dövründə” adlı guşə ilə tanış olublar.

                                                                                                                      Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: