Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır - YENİLƏNİB

A- A A+

Sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Kürdəmir rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

10:09

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonunda qeydə alınan zəhərlənmə hadisəsi ilə məlumat yayıb.

AQTA-dan NUHÇIXAN-a bildirilib ki, Kürdəmirdə yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı agentlik tərəfindən araşdırma aparılır.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində agentlik müvafiq tədbirlər görür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: