Prokurorluq əməkdaşları peşə bayramını qeyd ediblər - FOTOLAR
Qanunun aliliyinin, ədalətin və dövlətçilik prinsiplərinin qorunmasında mühüm missiya daşıyan prokurorluq əməkdaşları 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı gününü qeyd edirlər.
Əlamətdar gün münasibətilə Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib.
Naxçıvan Muxtar Respublikasının Hərbi Prokuroru, ədliyyə polkovniki Aqil Axundov və prokurorluğun əməkdaşları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, 1 oktyabr Azərbaycan Prokurorluğunun tarixində xüsusi əhəmiyyət daşıyır. 1918-ci il oktyabrın 1-də ölkədə prokurorluq orqanlarının əsası qoyulub. Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə isə 1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü elan edilib. Bu il Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü qeyd olunur.
Ziyarət Şəhidlər Xiyabanında davam etdirilib. Prokurorluq əməkdaşları şəhidlərin məzarlarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla anıblar.