Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2026-cı ilin sentyabr ayında minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan NUHÇLXAN-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 757, tankəleyhinə 151 mina və 4525 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin 6667,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
