Naxçıvan Dövlət Universitetində “Məzun Günü” keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində məzun gününə həsr olunan mərasim keçirilib. Tədbirdə universitetin rektoru Saleh Məhərrəmov məzun adı qazanan magistr və tələbələri, onların üzərində böyük əməyi olan valideynləri və müəllimləri  təbrik edib, məzunlara gələcək fəaliyyətlərində Naxçıvan Dövlət Universitetinin adını daim uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb. Rektor Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən dövlət qayğısından danışıb. Həmçinin universitetin 2018-2019-cu tədris ilindəki nailiyyətlərindən bəhs edərək bildirib ki, bu il bakalavr üzrə 1435,  magistratura üzrə isə  149 gənc öz ali təhsilini başa vurur.

Sonra məzun adını qazanan bir qrup tələbə çıxış edərək tələbə yoldaşlarını bu əlamətdar gün münasibətilə təbrik ediblər.

“Məzun Günü”ndə iştirak edən Azərbaycan Respublikasının Əməkdar artisti İlqar Muradov da gəncləri təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Tədbir Tələbə Teatr Studiyasının yallı və rəqs qrupunun, İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasının “Buta” instrumental ansamblının müşayiət etdiyi  konsert proqramı ilə davam edib.

Sonda məzun tələbələrlə xatirə şəkli çəkdirilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: