58-ci məhəllədə avtomobil yolunun yenilənməsi istiqamətində işlər aparılır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin bir sıra küçə və məhəllərində yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən işlər davam etdirilir. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə 58-ci məhəllədə əsaslı təmir işlərinə başlanılıb.

Hazırda ilkin mərhələyə uyğun olaraq yararsız qruntun qazılaraq çıxarılması, yol yatağının genişləndirilməsi və yol əsasının möhkəmləndirilməsi işləri həyata keçirilir.

Layihənin növbəti mərhələsində isə yolun asfalt-beton örtüyü ilə təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, uzunluğu 17,5 kilometr olan layihə Naxçıvan şəhərinin S.Vurğun, N.Naxçıvani, M.H.Şəhriyar–H.Rəhmanov küçələrini, həmçinin 58–61-ci məhəllələri əhatə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: