NUHÇIXAN xəbər verir ki, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində 18 may “Beynəlxalq Muzeylər Günü” ilə bağlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova hazırda muxtar respublikada fəaliyyət göstərən qalareya və muzeylərlə bağlı geniş məlumat verib. Qeyd edilib ki, bu ilin 4 ayında muzeyləri 175 mindən artıq tamaşaçı ziyarət edib və onların da 46 mindən çoxu xarici ölkə vətəndaşlarıdır.
Nazir muzey işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra çıxışlar dinlənilib.
Tədbirin bədii hissəsində Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” instrumental ansamblı, yallı kollektivləri və Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı çıxış edib.
Sonda Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspoziyasına baxış olub.
Cavid Səfərli