Tələbələrə Naxçıvanın təbii sərvətləri haqqında məlumat verilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri” adlı açıq dərs keçirilib. “Naxçıvan” Universitetinin bir qrup tələbəsinin iştirak etdiyi dərsdə mərkəzin elmi katibi Emin Məmmədov Azərbaycanın qədim diyarı olan Naxçıvanın  özünəməxsus tarixi keçmişi və zəngin mədəniyyəti ilə yanaşı, həm də çoxsaylı faydalı qazıntıları ilə də zəngin olduğunu bildirib, onlar haqqında tələbələrə geniş məlumat verib.

Naxçıvan Muxtar Respublikasının mineral ehtiyatlarının kifayət qədər perspektivli olduğu, uzun illər azərbaycanlı və xarici mütəxəssislər tərəfindən araşdırmalar və  elmi tədqiqat işləri aparıldığı bildirilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan Geoloji Axtarış və Kəşfiyyat İdarəsi yaradılıb. Bu qurumun qarşısında duran əsas vəzifələr yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntı yataqlarının və yeraltı su mənbələrinin axtarışı, kəşfiyyatı, qiymətləndirilməsi və başqa işlərin həyata keçirilməsindən ibarətdir.

Sonda tələbələri maraqlandıran suallara cavab verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: