Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır

A- A A+

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolunun asfalt-beton örtüyü salınır.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, agentliyin sifarişi ilə uzunluğu 7,7 kilometr olan avtomobil yolunda ikinci qat asfalt-beton örtüyünün salınmasına başlanılıb. Hazırda yolun 300 metrlik hissəsinə ikinci qat asfalt örtüyü salınıb. Bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, avtomobil yolunun 7,7 kilometrlik hissəsinə birinci qat asfalt-beton örtüyü vurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: