Sədərəkdə seminar-treninq olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylərdə mədəni-kütləvi təbirlərin təşkili və sərgilərin qurulması” mövzusunda muzey əməkdaşları üçün seminar-treninq olub.

Nazirliyin baş məsləhətçisi Qumral Əsədova Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, bu gün keçirilən seminar-treninq il ərzində təşkil olunan beşinci seminar-treninqdir. Keçirilən seminar-treninqlərdə muzey əməkdaşları vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə edirlər.

Vurğulanıb ki, cari ilin ilk dörd ayı ərzində muxtar respublikanın muzeylərinə 571 ədəd yeni eksponat daxil olub. Bu müddətdə muzeylərimizi 175 min 810 nəfər tamaşaçı ziyarət edib ki, onlardan  46 min 205 nəfəri xarici ölkə vətəndaşı olub.

Tədbirdə Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova “Muzeylərdə mədəni-kütləvi təbirlərin təşkili və sərgilərin qurulması” mövzusunda çıxış edib.

Sonra muzeyin ekspozisiyasına baxış keçirilib. Seminar-treninqdə mövzu ilə bağlı muzey əməkdaşlarının sualları cavablandırılıb.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: