Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb.
NUHÇIXAN xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.
O qeyd edib ki, "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində milli parkın ərazisinə 33 baş ceyran buraxılıb və hazırda onların sayı təbii artımla birlikdə 100 başa çatıb.
"2010-cu ildən başlanılmış bu layihə çərçivəsində bu günədək Şirvan Milli Parkından 450 baş ceyran götürülərək müxtəlif ərazilərə reintroduksiya olunub".
