Şahbuz rayonunda keçirilən “Gələcəyini planlaşdır” təlimi başa çatıb - FOTOLAR

A- A A+

Komitədən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimlərin altıncı təlimi yekunlaşıb.

Şahbuz rayonunda keçirilən iki günlük təlim zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova tərəfindən təlim iştirakçılarına pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarəediləməsi, qənaət vərdişləri  və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumatlar verilib, təlimlərdə iştirakçıların sualları cavablandırılıb.

Bu gün isə təlim iştirakçılarına sertfikatlar verilib. Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsalə Vəliyeva təlimdə iştirak edən qadınları təbrik edib, 32 təlim iştirakçısına sertfikat və hədiyyələr təqdim olunub. Təlim iştirakçıları təlimin keçirilməsinə və qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlıq ediblər.

Növbəti təlim Şərur rayonundan olan qadınlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, təlim Avropa İttifaqı və   BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı geniş miqyaslı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsində keçirilib

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: