Sağlamlıq imkanları məhdud uşaqlar Atçılıq və İstirahət Mərkəzində olublar - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat və Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Naxçıvan Atçılıq və İstirahət Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün növbəti tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Atçılıq və İstirahət Mərkəzinin birgə təşkilatçılığı ilə uşaqlar Atçılıq və İstirahət Mərkəzində saxlanılan heyvanlara baxıb, əyləncəli atraksionlardan istifadə ediblər. Sosial könüllülərin və nəqliyyat könüllülərinin iştirak etdiyi tədbirdə uşaqlar üçün konsert proqramı və çay süfrəsi təşkil olunub.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsədlərdən biri də, uşaq nevroloji xəstəliklərinin fizioterapevtik müalicə üsullarından olan hippoterapiyanın (atminmə ilə müalicə) tətbiqidir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 iyun–Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirləri davam etdirəcək.