Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər

A- A A+

Kolumbiyanın təcrübəsi göstərir ki, itkin düşmüş şəxslərin axtarışı sülhə keçid şəraitində etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər. Eyni zamanda, həqiqətin üzə çıxarılması və zərərçəkmişlərin tanınması barışıq prosesinə və davamlı sülhün möhkəmləndirilməsinə mühüm töhfə verir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Kolumbiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Yesid Andres Serrano Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması" adlı panel sessiyada çıxış edərkən səsləndirib.

O vurğulayıb ki, bunun üçün təslimolma proseslərində əsas şərt kimi silahlı qrupların itkin düşmüş şəxslərin yerinin müəyyənləşdirilməsinə imkan verən aydın, doğru və yoxlanıla bilən məlumatları, eləcə də zərərçəkmişlərin maraqlarına xidmət edən digər müvafiq məlumatları təqdim etməsi təmin olunmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: