Naxçıvan-Əshabi-Kəhf-Naxçıvan marşrutu açılıb

A- A A+

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin mətbuat xidmətinə  istinadən xəbər verir ki,  marşrut üzrə iş günləri (I-V günlər) 2 reys , şənbə və bazar günləri 4 reys həyata keçirilir.

Marşrut (I-V günlər) saat 08:30 və  14:00 da Naxçıvan avtovağzalından yola düşür. 12:00 və 17:00-da isə Əshabi-Kəhfdən geri qayıdır.

Şənbə və bazar günləri isə müvafiq olaraq, Naxçıvandan saat  08:30, 09:00, 14:00, 14:15-də yola düşür və 12:00, 12:30,16:30, 17:00-da Əshabi-Kəhf ziyarətgahından geri qayıdır.     

Qədim inanc yeri olan, möcüzəvi sirləri, əfsanələri özündə yaşadan “Əshabi-Kəhf  Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksinin muxtar respublika sakinləri ilə birlikdə turistlərin, zəvvarların, qonaqların da həmişə ziyarət yeri olduğunu nəzərə alaraq “Təbriz” hotel,  “Grand” hotel və “Cahan” Ticarət Mərkəzi yolüstü dayanacaqlar kimi müəyyənləşdirilib.

Sərnişinlərin rahatlığı üçün marşrutda müasir avtobuslar hərəkət edəcək. Hər bir sərnişin üçün birtərəfli gediş haqqı 1 (bir) manatdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə açılan bu marşrut xəttinin “Duzdağ” Fizioterapiya Mərkəzinə qədər uzadılması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: