Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 32 min 402 körpə doğulub

A- A A+

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 32 min 402 körpə doğulub. Bu göstərici əhalinin hər 1000 nəfərinə 13,3 təşkil edib. Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 708-i əkiz, 27-si isə üçəmdir.

Bu barədə NUHÇIXAN-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, cari ilin birinci rübündə ölkədə 14 min 811 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4-dən 6,1-ə qədər azalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: