Naxçıvan şəhərinin bəzi ərazilərində su olmayacaq

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 12-si saat 21:00-dan etibarən Naxçıvan şəhərinin bir sıra küçə və məhəllələrində, eləcə də bəzi kəndlərdə su təchizatında müvəqqəti fasilə yaranacaq.

Fasilə Ə.Qəmküsar, Atabəylər, Babək, Əlincə, Azərbaycan, Xətai, Nəcməddin Naxçıvani və Səməd Vurğun küçələrini, 6, 11, 58, 59 və 61-ci məhəllələri, Hərbi şəhərciyin 2-ci hissəsini, həmçinin Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli, Bulqan və Tumbul kəndlərini əhatə edəcək.

Oktyabrın 13-də günün birinci yarısında su təchizatının əvvəlki rejimdə bərpası nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: