FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib

A- A A+

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 135 yanğına çıxış, 40 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 49 nəfər xilas edilib, 9 nəfər xəsarət alıb, 3-ü azyaşlı olmaqla 21 nəfər təxliyə olunub, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 8 nəfərin meyiti təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: