Yeni bağda ərik tingləri əkilib

A- A A+

Yaz yaşıllaşdırma tədbirləri  başlayandan indiyə kimi Şərur rayonunda  yeni meyvə bağları salınıb, mövcud bağlarda və meşə zolaqlarında bərpa işləri aparılıb. Bu sahələrə ümumilikdə 10 mindən çox meyvə tingi, meşə ağacı əkilib.

Rayonun Yuxarı Daşarx kəndində, Arpaçayın sahilindəki 1 hektar sahədə dibçəkdə yetişdirilmiş 400 ərik tingi  basdırılıb. Yerli ərik növlərindən olan bu meyvə tingləri öz məhsuldarlığı və quraqlığa davamlığı ilə seçilir.  

Qeyd edək ki, rayonun əksər yaşayış məntəqələrində yeni bağların, yaşıllıq zolaqlarının salınması bir ənənə şəklini alıb. Ailə təsərrüfatçıları, torpaq mülkiyyətçiləri yeni bağlar salmaqla ata-baba ənənəsini davam etdirirlər.

Ağacəkmə aksiyalarında rayondakı idarə, müəssisə və təşkilatların kollektivləri yaxından iştirak edirlər.

 

                                                                      “Şərurun səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: