Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edilib

A- A A+

Çindən Azərbaycana gətirilən 8016 baytarlıq preparatı məhv edilib.

Bu barədə NUHÇIXAN-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, Çindən idxal edilən "Farmazin Tylo" əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib.

Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: