NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
Təqaüdə layiq görülənlər arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 8 məzunu da var. Bu göstərici ötən illə müqayisədə 33,3 faiz artım deməkdir. Belə ki, 2025–2026-cı tədris ilində Naxçıvandan 6 məzun Prezident təqaüdünə layiq görülüb.
Prezident təqaüdünə layiq görülən məzunlar aşağıdakılardır:
- Elsun Əliyev – Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbi;
- Gülay Aslanova – Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbi;
- Müjdə Pənahova – Sədərək rayon Dəmirçi kənd tam orta məktəbi;
- Ayxan Babazadə – Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbi;
- İnci Zamanlı – Culfa şəhər 3 nömrəli tam orta məktəb;
- Səma Novruzlu – Naxçıvan şəhər 14 nömrəli tam orta məktəb;
- Ceyhunə Əzimova – Ordubad şəhər 3 nömrəli tam orta məktəb;
- Elvin Hacıyev – Babək rayon Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb.
